Milli teatr günündə “Zirvə” mükafatı öz sahiblərinə veriləcək- FOTO
9 Mart 2011 22:35 (UTC+04:00)
Martın 10-da Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı öz sahiblərinə veriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Məlumata görə, mükafatın sahibləri artıq məlumdur.
Mükafatlandırma mərasimi martın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gümüş maska" zalında keçiriləcək.
Qeyd edək ki, "Zirvə" mükafatı 2007-ci ildə təsis olunub. Mükafat milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir.