“Dini radikalizm, narkomaniya və erkən nigahlarla mübarizə yolları” - TƏDBİR

15 Noyabr 2019 13:04 (UTC+04:00)

Masallı rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-nin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi (RPŞ) və Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nigahlarla mübarizə yolları” mövzusunda tədbir keçirilib. Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı RPŞ-nın rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Bəxtim Qarayev, Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov, rayon ictimaiyyətinin nümayəndələrri və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak edib.

Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov açaraq narkomaniya, erkən nigah və dini ekstremizm barədə söhbət açdı və bu sahədə aparılan maarifləndirmə məsələlərində fəal olmağı gündəmə gətirib. DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və Masallı RPŞ-nın rəisi polis polkovniki Habil Əmiraslanov, çıxışlarında dini radikalizm, narkomaniya və erkən nigahlarla bağlı geniş söhbət edib, faktlarla bu sahədə olan faciələri tələbələrə çatdırıblar.

Tədbir tələbələrin fəal iştirakı, təklif, sual və müraciətləri ilə qarşılıqlı diskussiya şəraitində keçib.

Əlihüseyn Şükürov