Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu

15 Noyabr 2019 11:40 (UTC+04:00)

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşub. SİA-nın verdiyi məlumata görə, aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib. Məlumata görə, A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub.

Təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb. Hazırda mütəxəssislər təyyarələri nəzərdən keçirirlər.