"Bütün müsəlmanlar öz düşmənlərinə qarşı birləşməlidirlər"

15 Noyabr 2019 10:56 (UTC+04:00)

"İnsan ən qədim zamanlardan, müxtəlif dinlərə mənsub olub. Bu mənsubiyyət fikir ayrılığına gətirib çıxarmamalıdır". SİA-nın xəbərinə görə, bunu Əlcəzairin Xalq Demokratik respublikasının Ali Dini Şurasının sədri Bouabdellah Ghlamallah Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən panel iclasında çıxış edərkən deyib.

O bildirib ki, birgə yaşayış, dözümlülülük dinc yaşayış insanların ən başlıca şüarlarından birinə çevrilməlidir: "Əslində mədəniyyətlər, sivilizasiyalar o qədər də bir-birindən fərqlənmir. Mənəvi nöqteyi-nəzərdən yanaşsaq dinlər bir-birindən o qədər də fərqlənmir. Onların mahiyyəti Allaha tanımağa yönəlib. Ümumiyyətlə, bütün müsəlmanlar öz düşmənlərinə qarşı birləşməlidirlər".

Şura sədri söyləyib ki, biz bunu etməklə peyğəmbərin dediklərini həm də əməldə tətbiq etməyi bacarmalıyıq: "Allah Quranı Kərimdə buyurur ki, ona iman gətirənlər, əməli saleh olanlar Allah tərəfindən qiymətləndiriləcək. Bizim hamımız Adəmdənik. Biz insanlara öz halal nemətimizdən ruzi verdik".

Əlcəzair nümayəndəsi söyləyib ki, bütün insanlar dünyanın cəmiyyəti sayılır və onlar arasında hər hansı sərhəd ola bilməz: "Lakin son dövrlər biz şəriatin dəyişdiyinin şahidi oluruq. Biz immiqrantların məsələsinə toxunmalıyıq. Onlar mövcud olduğu ölkələrin qayda qanunlarına riayət etməlidirlər. Belə olan halda onlar cəmiyyətlərdə öz yerini tuta bilərlər"