Azərbaycan - Uels oyunu üçün KİV-lərin qeydiyyatı başlayıb

15 Noyabr 2019 10:26 (UTC+04:00)

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu üçün müvafiq qaydada akkreditasiyadan keçmiş KİV nümayəndələrinin qeydiyyata alınması başlayıb. SİA-nın məlumatına görə, media üzvləri akkreditasiyalarını noyabrın 15-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Bakcell Arena”dan əldə edə bilər. Qeyd edək ki, qeydiyyadan keçmiş və müvafiq qaydada təsdiq cavabı almış hər bir KİV əməkdaşı yalnız öz akkreditasiyasını götürə bilər.