Tovuz rayonunda 31 yaşlı şəxs bıçaqlanıb

15 Noyabr 2019 02:34 (UTC+04:00)

Tovuz rayonunda bıçaqlanma olub.

SİA xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.