Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb

15 Noyabr 2019 01:59 (UTC+04:00)

Bakının Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində yerləşən beşmərtəbəli binada baş verib.

1999-cu il təvəllüdlü Hüseynov Fuad Müqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı kəllə-beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.