Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir FOTO-VİDEO

14 Noyabr 2019 15:50 (UTC+04:00)

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıya qoyulan tapşırıqları icra edir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, plana uyğun olaraq HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər.