Övladlarını tərk edən erməni qadınları çinayətə yol açıb

14 Noyabr 2019 15:08 (UTC+04:00)

İtaliya vətəndaşları onlarla uşağı Ermənistandan qeyri-qanuni olaraq xaricə aparıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti 2016-2018-ci illər ərzində İtaliya vətəndaşları tərəfindən Ermənistan vətəndaşlarının uşaqlarının qanunsuz olaraq övladlığa götürülməsi ilə əlaqəli 30-dan çox hadisəni aşkar edib. Həmçinin o da diqqətə çatdırılır ki, Ermənistanın iki vətəndaşı müxtəlif qurumlardakı təmaslarından istifadə edərək bu cinayət işi ilə məşğul olub.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, hamiləliyini ləğv etmək üçün tibb müəssisələrinə müraciət edən qadınlara hədə-qorxu gəlinib və onlar da yeni doğulmuş uşaqlarını tərk edib, onlardan imtina ediblər. Bir sözlə, qorxudan övladlarını tərk edən erməni qadınlarının uşaqlarından imtina etməsindən sonra cinayətkarlar uşaqları uşaq evlərinə köçürdüblər, ardınca isə evdə övladlığa götürülmə prioritet prinsipini pozaraq əcnəbilər tərəfindən övladlığa götürülməsini rəsmiləşdiriblər. Daha dəqiq desək, övladlarını tərk edən, onlardan imtina edən erməni qadınları çinayətə yol açıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.