Zərdabda 5 kq-dan artıq marixuana aşkarlanıb

14 Noyabr 2019 14:11 (UTC+04:00)

Zərdabda 5 kq-dan artıq marixuana aşkarlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini M.Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram, Məlikli kənd sakini S.Qədirovun evindən isə 481 qramdan artıq marixuana aşkar edilərək götürülüb.