Manukyan amerikalı senatoru niyə ittiham etdi? SƏBƏB

14 Noyabr 2019 13:37 (UTC+04:00)

Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmin Manukyan “Facebook” sosial şəbəkəsində respublikaçı senator Lindsi Qremin qondarma erməni soyqırımı qətnaməsinə blok qoyması barədə yazıb. SİA aysor.am-a istinadən xəbər verir ki, Mankukyanın fikrincə, Trampın Türkiyənin prezidenti ilə görüşündən sonra bunu proqnoz etmək mümkün idi.

“ABŞ senatında gözlənilən pis ssenari baş verib”, yazan Mankukyan qeyd edib ki, Tram-Ərdoğan görüşündən sonra ABŞ-ın Respublikaçılar partiyasından olan Senat üzvü Lindsi Qrem “erməni soyqırımının tanınması” qətnaməsinə veto qoyub.