Prezident: "Azərbaycan dinlərarası diloqda öz önəmli rolunu oynayır"

14 Noyabr 2019 11:43 (UTC+04:00)

"Dünya Dini Liderlərinin II Bakı sammitinin çöx böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan ikinci dəfə bu tədbirə ev sahibliyi edir. Azərbaycan dinlərarası diloqda öz önəmli rolunu oynayır, bundan sonra da oynayacaq". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Dünya Dini Liderlərinin II Bakı sammitinin açılış mərasimində çıxış edərkən deyib.

Prezident bildirib ki, Bakıda belə bir tədbirin keçirilməsi təbiidir: "Çünki Azərbaycanın qədim dinlərlarası əlaqələrinin ənənələri var. Bu istiqamətdə bütün dövrlərdə ictimai soyasi quruluşdan asılı olmayaraq Azərbaycan nümunəvi ölkə kimi özünün göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri ailə kimi, sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıb. Azərbaycan çoxkonfensiyalı, çoxmillətli ölkədir. Bu, bizim sərvətimizdir".

Dövlət başçısı söyləyib ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərarar olunması istiqamətində bütün atılan addımların arxasında dini, milli dözümlülük, tolerantlılıq, multikultural dəyərlər, dayanır: "Bizim qədim tariximizi əks etdirən o cümlədən dini abidələrimizdir. Onlar Azərbaycanın qədim diyar olması ilə yanaşı, digər tərəfdən müxtəlif dövlərdə qədim dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb, yaratdığını, qədim tarixi miras qoyduğunu göstərir. Biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid Dərbənd Məscidindən sonra Qafqazın ən böyük məscididir. Eyni zamanda qədim dövlət olan Qafqaz Albaniyasının ən qədim kilsəsi Şəkidə yerləşir. Bu kilsənin qədim tarixi var. Bu qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da Azərbaycanda qədim zərdüştlük ənələrinin olduğunu göstərir".