Tarixin bu günü və ya bu günün tarixi
9 Mart 2011 18:48 (UTC+04:00)
- İtalyan səyyahı Ameriqo Vespuççi anadan olub (1454)
- Ukrayna şairi Taras Şevçenko anadan olub (1814)
- ABŞ-da poçt qutuları patentləşdirilib (1858)
- Sovet siyasi xadimi Vyaçeslav Molotov anadan olub (1890)
- Aktyor Əhməd Qəmərlinski anadan olub (1880)
- Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb (1918)
- Sovet dövlətinin qurucusu Lenin keçirdiyi infakt nəticəsində danışma qabiliyyətini itirib (1923)
- Diktor, Azərbaycan xalq artisti Gültəkin Cabbarlı anadan olub (1929)
- Sovet kosmonavtı Yuri Qaqarin anadan olub (1934)
- Şahmatçı Robert Fişer anadan olub (1943)
- Kamança ustası Şəfiqə Eyvazova anadan olub (1947)
- 5 martda vəfat edən sovet lideri Stalin dəfn edilib (1953)
- Sovet ordusu Tiflisdə dinc nümayişçilərə atəş açıb (1956)
- Nyu-Yorkda "Barbi" adlı yeni kukla təqdim edilib (1959)
- Berlində hər iki Almaniyanın birləşməsinə dair danışıqlar başlayıb (1990)
- İsrail və Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb (1995)
- Uydurma "erməni soyqırımı" haqqında qanuna qarşı çıxan Türk İşçi Partiyasının rəhbəri Doğu Perincək haqqında İsveçrənin Lozan şəhər məhkəməsi həbs qərarı verib (2007)