Asya Atakişiyeva ərə gedir FOTO

14 Noyabr 2019 12:02 (UTC+04:00)

Aktrisa Asya Atakişiyevadan xoş xəbər var. SİA-nın məlumatına görə, o, aktyor Əmrah Dadaşovla ailə həyatı qurur. Ötən gün cütlüyün “hə” mərasimi baş tutub. Bu barədə aktrisa özü paylaşım edib. O, elçilik zamanı gətirilən tortun fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur.