"Türkiyə-ABŞ geosiyasi maraqları daima üst-üstə düşüb” ÖZƏL-MÖVQE

14 Noyabr 2019 11:10 (UTC+04:00)

“ABŞ və Türkiyə liderləri nəhayət ki, görüşdülər. Bu, onlar arasında keçirilən ən mülayim şəkildə başa çatan ilk görüş oldu”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Tramp biznes adamı kimi digər ölkələrlə münasibətlərində olduğu kimi Türkiyə ilə də aralarındakı ticarət məsələsinə önəm verərək ABŞ-a gəlir gətirilməsinə nail oldu: “Tərəflər arasında 100 milyardlıq anlaşma! ( detalları açmadılar)

Bundan başqa Suriyanın şimalı Türkiyənin faktiki olaraq hərbi -siyasi təsiri altında olacaq. Təbii ki, Rusiya, İran, Türkiyə maraqları əvvəllər olduğu kimi yenə də bölgədə toqquşmağa davam edəcək. İndi top Kremldədir. Çünki Suriyanın şimalı və İdlib məsələsində Rusiya daha çox rıcaqlara malikdir. Ərdoğan diplomatiyası öz sözünü deməkdədir. Tarixdə ilk dəfə Türkiyə böyük güclərlə siyasətində öz milli maraqlarını reallaşdırmağa bu qədər yaxındır. Beləliklə, budur geosiyasət. Kimlərin kimlərdən xoşları gəlib-gəlməməyinə baxmayaraq siz tərəfdaş olmağa ya məhkumsuz, ya əksinə. Türkiyə-ABŞ geosiyasi maraqları daima üst-üstə düşüb”.