Komanda yoldaşı ilə zarafat etdi, 50 min funt sterlinq cərimələndi!

13 Noyabr 2019 23:21 (UTC+04:00)

İngiltərə Futbol Assosiasiyası "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı bir oyunluq cəzalandırıb. BBC xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin komanda yoldaşı Benjamin Mendi ilə bağlı zarafat etməsi səbəb olub. Silva 50 min funt sterlinq məbləğində də cərimələnib.

Portuqaliyalı oyunçu "Twitter"də Mendinin uşaqlıq şəklini İspaniyanın şokolad şirkətinin maskotu ilə birlikdə paylaşıb. Fransalı müdafiəçi zarafata zarafatla reaksiya versə də, "Twitter" istifadəçiləri Silvanı irqçilikdə ittiham edərək tənqid ediblər.