Ağdaş muzeylərinin əməkdaşları Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər FOTOLAR

13 Noyabr 2019 17:23 (UTC+04:00)

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarının Heydər Əliyev Mərkəzlərinin, Tarix-Diyarşünaslıq və digər muzeylərin əməkdaşları Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.

SİA-nın məlumatına görə, təcrübə mübadiləsi və qabaqcıl iş təcrübəsi ilə tanışlıq məqsədi daşıyan tədbirdə Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov və muzeyin əməkdaşları qabaqcıl təcrübə metodları ilə qonaqları tanış ediblər. Qarşılıqlı dialoq şəkilndə təşkil olunmuş tədbirdə eyni zamada muzey müəssisələrində dərnəklərin yaradılması, əhalinin muzeylərə cəlb edilməsi məqsədilə təbliğat işinin düzgün qurulması, digər müəssisə və təşkilatlarla müqavilələrin bağlanması, muzeydə sənədləşmə işlərinin aparılması, əşyaların fondda düzgün qablaşdırılması və saxlanılması, bərpaya ehtiyacı olan əşyaların uçotunun aparılması, elmi arxivin yaradılması məsələləri müzakirə olunub. Tədbirin sonunda bundan sonra da qarşılıqlı əlaqələrin yaradılması qərara alınıb.

Sonda muzey əməkdaşları Horadiz şəhərinin görməli yerləri və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.