Ağdam sakini erməni gülləsinə tuş gəldi

9 Mart 2011 03:38 (UTC+04:00)

Bu gün erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub. SİA-nın xəbərinə görə, Qarabağ bürosunun məlumatına görə, hadisə təxminən saat 16.10 radələrində ermənilərin işğal altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində baş verib.

Məlumata görə, 8 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlov həyətdə olarkən ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən güllə yarası alıb. E.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.

Allah rəhmət eləsin.