Əfqanıstanda prezident seçkilərinin nəticələri açıqlanmayıb

13 Noyabr 2019 16:22 (UTC+04:00)

Əfqanıstan Milli Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə noyabrın 14-nə təyin etdikləri açıqlamanı bir daha təxirə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Komissiyadan belə bir qərarın 8 min seçki məntəqəsində səslərin hesablanmasını əngəlləyən gərginlik”lə bağlı verildiyini bildiriblər. Komissiyanın sözçüsü Əziz Əhməd İbrahimi bildirib ki, səslərin yenidən hesablanması namizədlərin şikayətlərini araşdırmaq üçün dayandırılmışdı.

Qeyd edək ki, sentyabrın 28-də keçirilən prezident seçkilərinin ilkin nəticələri oktyabrın 19-da, yekun nəticələri də namizədlərin bütün şikayətləri araşdırıldıqdan sonra - noyabrın 7-də açıqlanacaqdı. Sonra ilkin nəticələrin açıqlanması noyabrın 14-nə təyin edildi.