Tətillər Ermənistanda dinamik şəkildə artır

13 Noyabr 2019 16:15 (UTC+04:00)

Ermənistanda universitet müəllimləri tətil edən tələbələrə qoşulublar. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İrəvan Dövlət Universitetinin tarix və filologiya olmaqla iki fakültəsinin müəllim heyəti başda dekanlar olmaqla çərşənbə günü bir günlük tətil elan ediblər.
Məlumatda qeyd olunur ki, universitetin bu iki fakültəsinin tələbələri bir neçə gündür dərsləri boykot edib. Erməni dilinin, erməni ədəbiyyatının və Ermənistan tarixinin məcburi öyrənilməsinin ləğv edilməsinə qarşı çıxırlar. Tələbələr həmçinin təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefasını tələb edirlər.
Daşnaksütun partiyasının gənclər birliyinin üzvləri də tələbələrə qoşulublar və bu da təsdiq edir ki, tətillər Ermənistanda dinamik şəkildə artır və bu dinamika daha böyük çaxnaşmalar vəd edir.