Almaniyanın tanınmış radioloqu Mərkəzi Gömrük Hospitalına dəvət olunub

13 Noyabr 2019 10:00 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalı rəhbərliyinin təşəbbüsü və Almaniyanın “Senior Experten Service” təşkilatının dəstəyi ilə Almaniyanın tanınmış mütəxəssisi Dr. Frans Kaspar Fobbe Bakıya dəvət olunub. Almaniyalı ekspert 4 noyabr 2019-cu il tarixindən etibarən üç həftə ərzində Mərkəzi Gömrük Hospitalının radiologiya və diaqnostika şöbələrinin işi ilə tanış olub, beynəlxalq standartlara əsaslanan öz məsləhətlərini və təkliflərini verəcəkdir.

Dr. Frans Kaspar Fobbe 1996-2015-ci illərdə Almaniyanın Vivantes Auguste-Viktoria klinikasında radiologiya şöbəsinin rəhbəri kimi çalışıb. 2015-ci ildən “Senior Experten Service” təşkilatının üzvi olaraq Azərbaycanda, Özbəkistanda və Çində radiologiya sahəsi üzrə ekspert-məsləhətçi kimi çalışır. Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə yaxındın tanış olan Dr. Frans Kaspar Fobbe xəstəxananın dünya standartlarına uyğun olduğunu və yüksək tibbi xidmət göstərən tibb müəssisəsi olduğunu vurğulayıb.