Cari ildə Gürcüstanın dövlət strukturlarında qeydə alınan cinayətlərin sayı artıb

13 Noyabr 2019 08:14 (UTC+04:00)

Cari ildə Gürcüstanın dövlət strukturlarında qeydə alınan cinayətlərin sayı artıb.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkədə bu qəbildən 453 cinayətkarlıq faktı qeydə alınıb. Dövlət strukturlarında törədilən cinayətlər əsasən rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması kimi hallarla bağlıdır. Dövlət belə hallara qarşı mübarizə tədbirlərini gücləndirir.