Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, Goran-Goranboy yolunda qeydə alınmış qəza zamanı Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri – Məmməd Məmmədov və Elşad Pənahov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu deyilir.
Təfərrüatlar araşdırılır.