Biləsuvarda 10 yaşlı uşağı avtomobil vurub

12 Noyabr 2019 22:19 (UTC+04:00)

Biləsuvar rayonunda 10 yaşlı uşağı avtomobil vurub. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində, Mərkəzi Bazarın önündə qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 2009-cu il təvəllüdlü Aydın Əliyevi yolu keçmək istəyərkən "Mercedes" markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.