"Şaxtyor" - "Dinamo" matçı ilə bağlı cinayət işi açılıb

12 Noyabr 2019 21:34 (UTC+04:00)

Ukrayna polisi Premyer Liqanın 14-cü turunda keçirilmiş "Şaxtyor" - "Dinamo" oyunundakı qalmaqaldan sonra cinayət işi qaldırıb. Qol.az-ın məlumatına görə, iş "Vətəndaşların bərabər hüquqlarının pozulması" maddəsi ilə açılıb. Görüşün 74-cü dəqiqəsində "Şaxtyor"un futbolçusu Tayson azarkeşlərin şüarlarından sonra onlara orta barmağını göstərib və topu kənara vurub.

Nəticədə oyun dayandırılıb və 31 yaşlı braziliyalı yarımmüdafiəçi göz yaşları ilə meydanı tərk edib. Görüş yenidən başlayandan sonra baş hakim Taysona qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Xarkovdakı "Metallist" stadionunda keçirilmiş qarşılaşma Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra Donetsk təmsilçisi irqçilik, irqi ayrıseçkilik və ksenofobiyanı pisləyən bəyanat yayıb.