Dəniz quldurları İtaliya gəmisinə hücum edib

12 Noyabr 2019 20:19 (UTC+04:00)

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib. Trend-in məlumatına görə, 7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb. Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.

İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hücuma məruz qalan gəmidə 35 nəfər olub.