“Xorvatiya ilə matçdakı uğurlu nəticədən sonra Azərbaycanla matça köklənməliyik" - Slovakiyalı məşqçi

12 Noyabr 2019 19:39 (UTC+04:00)

“Xorvatiya ilə oyunda yaxşı nəticə qazansaq, bu, əla olacaq. Düşünürəm ki, futbolçular da səbirsizliklə matçı gözləyirlər”.

SİA xəbər verir ki, bu sözləri Polşanın “Zaqlebiye” klubunun slovakiyalı baş məşqçisi Martin Şevela ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, Slovakiyanın Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbayana qarşı keçirəcəkləri oyunlar haqda da danışıb: “Xorvatiya ilə matçdakı uğurlu nəticədən sonra Azərbaycanla matça köklənməliyik. Bu, yığma qrupun autsayderidir və onların meydanında qalib gəlmişik. Lakin azərbaycanlı futbolçular da göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər. Ona görə də bu görüşə də şüurlu, düzgün yanaşmalıyıq”.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.