Əfqanıstanda baş vermiş yol qəzasında 17 nəfər ölüb

12 Noyabr 2019 18:29 (UTC+04:00)

Əfqanıstanda ölümlə nəticələnən yol qəzası baş verib.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, qəza Bağlan vilayətində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4-ü uşaq, 5-i qadın olmaqla, ümumilikdə 17 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.