Gürcüstan parlamentində dava düşüb

12 Noyabr 2019 15:19 (UTC+04:00)

Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında bir neçə deputat arasında qarşıdurma yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, deputatlar Gedevan Popxadze və Daçi Beraya arasında dava olub. Parlament üzvləri Koba Lursmanaşvili və Levan Qoqiçaişvili arasında da fiziki qarşıdurma yaşanıb. Qanunverici orqanda proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya ediləcək dəyişikliklər müzakirə olunur. Müzakirələr səs-küy və qarşılıqlı ittihamlar fonunda keçirilir. Davaya görə parlament iclasında fasilə elan olunub.