Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

12 Noyabr 2019 13:06 (UTC+04:00)

Prezident İlham Əliyev R.Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.