Sevda Yahyayeva Yeni Azərbaycan Partiyasına üzv oldu

8 Mart 2011 01:04 (UTC+04:00)
Məşhur müğənni Sevda Yahyayeva Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Bu barədə SİA-ya müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib. Onun sözlərinə görə, martın 7-də YAP Nərimanov rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yığıncaq keçirilib. Tədbirdə Azərbaycanın gənc və sevilən müğənniləri ilə yanaşı, Sevda Yahyayeva da iştirak edib. Yığıncaqda gənc müğənniyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub.

Qeyd edək ki, daha öncə müğənnilər Səfurə Əlizadə və Aysel Teymurzadə də YAP-a üzv olublar.