Dağıstanın keçmiş mətbuat və informasiya naziri Nəriman Hacıyev Sloveniyada həbs edilib

12 Noyabr 2019 00:05 (UTC+04:00)

Dağıstanın keçmiş mətbuat və informasiya naziri Nəriman Hacıyev Sloveniyada saxlanılıb.

SİA "RİA Novosti"yə istinadla xəbər verir ki, onun Rusiyaya ekstradisiyası məsələsi həll edilir.

Xatırladaq ki, N.Hacıyev 2011-2012-ci illərdə büdcə vəsaitlərini mənimsəmək ittihamı ilə axtarışa verilib.