Sumqayıtda mağazadan seyf oğurlanıb

11 Noyabr 2019 19:01 (UTC+04:00)

Sumqayıtda mağaza qarət edilib.

SİA Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da şəhər ərazisindəki mağazaların birindən içərisində 1490 manat pul olan seyfi, yaddaş qurğusunu və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Bağırov və E.Nəzərov saxlanılıblar.