Prezident İlham Əliyev və birinci xanım ağacəkmə aksiyasında iştirak ediblər FOTO

11 Noyabr 2019 15:55 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik" parkında "Təbiət naminə birləş! Həyat naminə birləş!" layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.