Ebru Gündeşdən türk toyunda Azərbaycan mahnısı VİDEO

11 Noyabr 2019 09:55 (UTC+04:00)

Türkiyəli müğənni Ebru Gündeş ötən gün İstanbulda məşhur otellərin birində keçirilən toyda iştirak edib.

SİA-nın məlumatına görə, bir neçə saat səhnədə çıxış edən sənətçi toyda Azərbaycan mahnısı səsləndirib.

O, məşhur "Olmaz-olmaz" mahnısını oxuyub.

Qeyd edək ki, E.Gündeş Azərbaycandakı konserti zamanı da bu mahnını oxumuşdu.