Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun SİA-ya verdiyi məlumata görə, səfərin məqsədi İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etməkdir.
Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən isə bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir.