Azərbaycan idmançısı Camal Feyziyev sumo üzrə Avropa kuboku turnirinin qalibi olub

11 Noyabr 2019 03:04 (UTC+04:00)

Azərbaycan idmançısı Camal Feyziyev Rusiyanın Dzerjinsk şəhərində sumo üzrə Avropa kuboku turnirində qızıl medal qazanıb.

SİA xəbər verir ki, 115 kilodan yuxarı çəki dərəcəsində mübarizə aparan sumoçumuz birinci və ikinci görüşdə rusiyalı idmançıları məğlub edərək finala vəsiqə qazanıb. C.Feyziyev final mərhələsində Ukrayna təmsilçisini üstələyərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Qeyd edək ki, sumoçumuz turnirdə Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.