Məşhur aparıcı Xose Bernardo tanıdığı şəxslər tərəfindən bıçaqlanıb

11 Noyabr 2019 01:31 (UTC+04:00)

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xose Bernardonun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.