Ukraynadan Antarktidaya səyahətə getmək istəyənlərin sayı ötən ilkindən iki dəfə çoxdur

11 Noyabr 2019 00:57 (UTC+04:00)

Ukraynadan Antarktidaya səyahətə gedənlərin sənəd qəbulu keçirilir. 2020-2021-ci il mövsümü üçün sənəd verənlər ötən ilkindən iki dəfə çoxdur.

SİA Ukrayna Milli Antarktida Elmi Mərkəzinin saytına istinadən xəbər verirki, müraciət edənlərin əksəriyyəti elm adamlarıdır. Onlar Antarktidada bənzərsiz elmi tədqiqat işlərini aparmaq imkanlarını əldə etmək istəyirlər.

Məlumata görə, Antarktidaya səfər etmək istəyən 88 ukraynalıdan 66-sı kişi, 22-si qadındır. Səfərə çıxacaq tam tərkibli heyət 2020-ci ilin yanvarında müəyyənləşəcək.

Antarktidaya turizm 1960-cı illərdən sonra başlayıb və dəniz səyahəti formasında olub. Hava uçuşları isə 1970-ci illərdən Avstraliya və Yeni Zellandiyadan ekskursiya formasında həyata keçirilir. Ümumən Antarktidaya turizm mövsümü yayda, noyabrda başlayıb, martda bitir.