İranda böyük ehtiyata malik yeni neft yatağı kəşf edilib

10 Noyabr 2019 17:49 (UTC+04:00)

İran böyük ehtiyata malik yeni neft yatağı kəşf edib.

SİA xəbər verir ki, bunu bu gün İran Prezidenti Həsən Ruhani Yəzd şəhərində əhali qarşısında çıxışı zamanı bildirib.

H.Ruhani deyib ki, kəşf olunan yeni yataqda 53 milyard barel neft ehtiyatı var. Neft yatağı Xuzistan əyalətində yerləşir, İranın cənubundakı Bostan şəhərindən başlayır və Ümidiyyə şəhərinə qədər uzanır.