Türkiyə Prezidenti ilə Rusiya Prezidenti arasında telefon danışıığı olub

10 Noyabr 2019 00:42 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

SİA xəbər verir ki, iki lider Suriyadakı son vəziyyətləri, 22 oktyabrda iki ölkə arasında qəbul edilmiş Soçi razılaşmasını müzakirə ediblər.
Bundan əlavə, Ərdoğanla Putin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin inkişafı mövzularında da söhbət ediblər.