İranda hər il xərçəng xəstəliyinin müalicəsi üçün 900 milyon ABŞ dolları vəsait xərclənilir

9 Noyabr 2019 23:44 (UTC+04:00)

İranda hər il xərçəng xəstəliyinin müalicəsi üçün birbaşa və ya dolayısı ilə 900 milyon ABŞ dolları vəsait xərclənilir.
SİA xəbər verir ki, bunu İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.
O bildirib ki, xərçəngə tutulanlardan 53 faizi kişi, 47 faizi isə qadınlardır.
İ.Hərirçi əlavə edib ki, İranda hər il 110 min nəfər xərçəng xəstəliyinə tutulur.