Türkiyədə daha bir ailənin 4 üzvü sianiddən zəhərləndi

9 Noyabr 2019 12:38 (UTC+04:00)

Antaliyada bir ailənin 4 üzvü sianiddən zəhərlənərək ölüb. SİA-nın verdiyi məlumata görə, cəsədlər polis tərəfindən aşkar edildikdən sonra bütün bina təhlükəsilik baxımından təxliyə edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bundan öncə oxşar hadisə İstanbulda qeydə alınmışdı. Bir ailənin 4 üzvü mənzildə intihar etmiş qapının üzərinə isə "Daxil olmayın" Polisə zəng edin, mənzildə sianid var".