Boeing 737 MAX” təyyarələrinin istismara verilməsi yenə təxirə salınıb

9 Noyabr 2019 07:50 (UTC+04:00)
"American Airlines" "Boeing 737 MAX" təyyarələrinin istismara verilməsini 5 mart 2020-ci ilədək təxirə salıb. SİA xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc edilib. "Şirkət mütəmadi olaraq ABŞ aviasiya orqanları ilə əlaqə saxlayır və bu təyyarələrin istifadəsinə qoyulan qadağanın 5 mart 2020-ci ildə ləğv olunacağını gözləyir", - məlumatda belə deyilir. Aviaşirkət laynerin sertifikat verildikdən dərhal sonra nümayiş reyslərini həyata keçirməyi planlaşdırır. "American Airlines" donanmasında 24 "Boeing 737 MAX" layneri var. Daha 10 təyyarə isə sifariş verilib.