"Sevilya"nın hücumçusu UEFA-da birinci oldu

8 Noyabr 2019 23:33 (UTC+04:00)

Futbol üzrə UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın saytında yer alan məlumatda deyilir ki, "Sevilya"nın hücumçusu Munir El-Haddadi hamını qabaqlayıb. O, səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və Enzo Krivellini (“Başakşəhər”) geridə qoyub.