Misrin yeni xarici işlər naziri təyin olunub
7 Mart 2011 06:14 (UTC+04:00)
Misrin dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Ədalət məhkəməsində vəkil olmuş Nabil Əlarabi xarici işlər naziri vəzifəsi təklifini qəbul edib. SİA-nın xəbərinə görə, o, 2004-cü ildən bu vəzifədə olan Əhməd Əbulqeysi əvəz edəcək. Nabil Əlarabi Misrin BMT-dəki daimi nümayəndəsi olub.