Şəhriyar Məmmədyarov üç turda mübarizə aparacaq

8 Noyabr 2019 16:00 (UTC+04:00)

Noyabrın 8-də Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında 7-9-cu turlarının oyunları keçiriləcək.

SİA-nın məlumatına görə, şahmatçımız gün ərzində müvafiq olaraq hollandiyalı Aniş Giri, amerikalı Fabiano Karuana, rusiyalı Sergey Karyakin ilə qarşılaşacaq. Təmsilçimiz ötən altı turun birində məğlub olub, beşini heç-heçə ilə başa vurub. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla yeddinci pillədədir. Turnir cədvəlinə ukraynalı Anton Korobov 9 xalla lideridir.

Noyabrın 9-10-da isə blits turniri keçiriləcək. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində baş tutacaq. Noyabrın 30-dan dekabrın 10-dək isə Londonda final seriyanın matçları təşkil ediləcək.