Zərərçəkən ermənilər xəstəxanaya müraciət ediblər

8 Noyabr 2019 11:11 (UTC+04:00)

Ermənistanda qatarlar toqquşub və xəsarət alan dörd nəfər xəstəxanaya müraciət edib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, İrəvandakı Arin-Berd dəmir yolu stansiyasında iki qatar toqquşub və zərərçəkənlər var. Polisinin mətbuat xidmətinin məlumatına görə, ağciyərlərindən və sinəsindən xəsarət alan dörd nəfər Erebuni Tibb Mərkəzi ilə əlaqə saxlayıb. Zərərçəkənlər iki qatarın toqquşması zamanı xəsarət aldıqlarını bildiribər.
Metropoliten polisi də hadisə ilə bağlı materialların hazırlandığını qeyd edib.