Balakəndə ferma yanıb

8 Noyabr 2019 10:12 (UTC+04:00)

Balakəndə ferma yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Qazma kəndində ümumi sahəsi 1000 m² olan fermanın yanar konstruksiyaları və içərisinə yığılan 140 ton ot bağlamasının 100 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.