Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.
SİA xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşıb.
Qurban Qurbanovun komandası hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Nikosiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bununla da APOEL xalını 4-ə çatdırıb və şəxsi göstəricidə "Qarabağ"ı üstələyərək 2-ci pilləni ələ keçirib.
Bu, “Qarabağ”ın APOEL-lə  mövsümdə 4-cü oyunudur. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.
A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) 5:2 hesabı ilə qalib gəlib.
7 noyabr
Avropa Liqası
A qrupu
 
21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1 
Qol: Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu
21:55. “Düdelanj” (Lüksemburq) - “Sevilya” (İspaniya) - 2:5 
Qollar: Dabbur, 18 (0:1), Əl Həddadi 27  (0:2), 33 (0:3), Dabbur, 36 (0:4), Əl Həddadi, 67 (0:5), Sinani, 69 (1:5), 80 (2:5)
 
| 
			 1.  | 
			
			 Sevilya  | 
			
			 4  | 
			
			 4  | 
			
			 0  | 
			
			 0  | 
			
			 12:2  | 
			
			 12  | 
		
| 
			 2.  | 
			
			 APOEL  | 
			
			 4  | 
			
			 1  | 
			
			 1  | 
			
			 2  | 
			
			 7:8  | 
			
			 4  | 
		
| 
			 3.  | 
			
			 Qarabağ  | 
			
			 4  | 
			
			 1  | 
			
			 1  | 
			
			 2  | 
			
			 7:8  | 
			
			 4  | 
		
| 
			 4.  | 
			
			 Düdelanj  | 
			
			 4  | 
			
			 1  | 
			
			 0  | 
			
			 3  | 
			
			 7:15  | 
			
			 3  |